Bakı. Trend:
İmişli rayonu, Otuziki kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.