...

Kürdə batan 2 nəfər xilas olunub

Hadisə Materials 29 İyul 2017 20:03 (UTC +04:00)

Bakı. Trend:

Kürdə batan 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:10-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti