Bakı. Elçin Mehdiyev - Trend:
Səhər 08:40 radələrində Bakının Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində, Türkiyə Səfirliyinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində hazırda həmin ərazidə avtomobillərin sıxlığı yaranıb.
Hadisə yerinə yol polisi cəlb olunub. İlkin ehtimal olaraq qəzanın səbəbi avtomobillərin küçələrin kəsişməsində işıqforun yanma-sönmə əmrinə riayət etməməsi olub.
Qəzada xəsarət alan olmayıb.