...

Moskva-Seul təyyarəsi məcburi eniş etdi - SƏBƏB?

Hadisə Materials 3 Avqust 2017 09:57 (UTC +04:00)

Bakı. Trend:

"Aeroflot" aviaşirkətinə məxsus sərnişin təyyarəsi gecə saatlarında Ekaterenburqun "Koltsovo" hava limanında məcbur eniş edib. Trend-in məlumatına görə, məsul şəxs Yelena Yepimaxova bildirib ki, məcburi eniş barədə qərar sərnişinlərdən birinin özünü pis hiss etməsi səbəbindən qəbul edilib.

Onun sözlərinə görə, həmin vaxt təyyarədə 13 ekipaj üzvü olmaqla 391 sərnişin olub. Təyyarə Moskvadan Seula uçuş həyata keçirirmiş.

Xəbər lenti

Xəbər lenti