...

Kürdə 17 yaşlı gənc batıb (YENİLƏNİB)

Hadisə Materials 3 Avqust 2017 17:44 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərinin ərazisində Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.
Kürdə 17 yaşlı gənc batıb (YENİLƏNİB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərinin ərazisində Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralıda, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-cü il təvəllüdlü, Bayramlı Murad Hidayət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:05-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti