...

Kürdə batan şəxs xilas edilib

Hadisə Materials 7 Avqust 2017 17:27 (UTC +04:00)
Kürdə çimərkən batan şəxs xilas edilib.
Kürdə batan şəxs xilas edilib

Bakı. Trend:

Kürdə çimərkən batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti