...

Paytaxtda avtomobil oğruları tutulub

Hadisə Materials 15 Avqust 2017 13:15 (UTC +04:00)
Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Paytaxtda avtomobil oğruları tutulub

Bakı. Trend:

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

Bundan başqa, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti