...

DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Hadisə Materials 8 Sentyabr 2017 12:25 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakıda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bakıda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti