...

Moskvada İspaniya konsulluğu təxliyə olundu - Yenə "bomba"

Hadisə Materials 26 Sentyabr 2017 16:17 (UTC +04:00)
Rusiyada bomba qoyulması ilə bağlı anonim zənglər dalğası xarici diplomatik missiyalara da toxunub
Moskvada İspaniya konsulluğu təxliyə olundu - Yenə "bomba"

Bakı. Trend:

Rusiyada bomba qoyulması ilə bağlı anonim zənglər dalğası xarici diplomatik missiyalara da toxunub.

Trend-in məlumatına görə, bu gün Moskvada İspaniya konsulluğuna bomba qoyulması ilə bağlı anonim zəng daxil olub.

Zəngdən sonra binadan 30 əməkdaş təxliyə edilib. Təxliyədən sonra konsulluq ərazisində axtarışlar başlayıb.

Qeyd olunur ki, yarım saata yaxın davam edən axtarışdan sonra konsulluq işini adi rejimdə davam edib.

Xəbər lenti

Xəbər lenti