...

Tovuzda iri su qabına düşən azyaşlının vəziyyəti ağırdır

Hadisə Materials 19 Oktyabr 2017 20:40 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda 1 yaşlı uşaq iri su qabına düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Rüstəmzadə Nurlan Niyaməddin oğlu evin həyətində oynayarkən həyətdəki iri su qabına düşüb.

Uşaq valideynlərinin köməkliyi ilə boğulmaqdan xilas olunub və ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ilkin tibbi yardım göstərsələr də, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti