...

Ceyranbatanda bir-birinə bitişik 2 ev yanıb

Hadisə Materials 14 Noyabr 2017 18:18 (UTC +04:00)
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub.
Ceyranbatanda bir-birinə bitişik 2 ev yanıb

Bakı. Trend:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti