...

Pakistanda universitetə silahlı hücum olub - Tələbələr ölüb (YENİLƏNİB)

Hadisə Materials 1 Dekabr 2017 10:17 (UTC +04:00)
Pakistanda Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.
Pakistanda universitetə silahlı hücum olub - Tələbələr ölüb (YENİLƏNİB)

Bakı. Trend:

Pakistanda Kənd Təsərrüfatı Universitetinə silahlı hücum olub.

Trend-in məlumatına görə, Peşavar şəhərində universitetə naməlum şəxslərin hücumu nəticəsində azı 11 nəfərin öldüyü bildirilir. Ölənlərdən 7 nəfərin tələbə olduğu qeyd olunub.

Şəhər polis şefi Tahir Xanın bildirdiyinə görə, hücum zamanı silahlılarla polis arasında atışma baş verib.

Hazırda universitetin ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb.

Hücuma görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti