...

Şabran sakinini bıçaqlayan şəxs yaxalanıb

Hadisə Materials 11 Dekabr 2017 12:24 (UTC +04:00)
Şabran sakinini bıçaqlayan şəxs tutulub.
Şabran sakinini bıçaqlayan şəxs yaxalanıb

Bakı. Samir Əli - Trend:

Dekabrın 10-da axşam saatlarında Şabran Mərkəzi Xəstəxanasından şəhər sakini Roman Dəmirovun qarın boşluğuna daxilə nüfuz etmə nəticəsində aldığı xəsarətlə gətirilməsi barədə Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxsin kimliyi müəyyən olunub. Keçirilmiş tədbirlərlə şəhər sakini Vilayət Məmmədov səhər saatlarında tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı Şabran RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti