...

Çində qar elə yağdı ki, ölənlər oldu

Hadisə Materials 5 Yanvar 2018 13:42 (UTC +04:00)

Bakı. Trend:

Çinin mərkəzi və şərq bölgələrində güclü qar yağması nəticəsində 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, güclü qar ölkədə yanvarın 2-dən davam edir.

Son məlumata görə, hazırda 560 minə yaxın sakin fəlakət zonasında qalıb. Ümumilikdə 5 əyalətdən 200-dən çox sakinin təxliyə olunduğu bildirilir.

Məlumata görə, 200-dən çox bina dağılıb, 400-ə yaxın tikiliyə ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti