...

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 22 Yanvar 2018 23:34 (UTC +04:00)
Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində eyvana çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti