...

Polis 8 kq narkotik müsadirə edib (FOTO)

Hadisə Materials 25 Yanvar 2018 12:34 (UTC +04:00)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən ümumilikdə, 8 kiloqram tiryək və marixuana aşkar edilib.
Polis 8 kq narkotik müsadirə edib (FOTO)

Bakı. Trend:

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən ümumilikdə, 8 kiloqram tiryək və marixuana aşkar edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakini Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olmadı barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti əldə etdiyini bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti