...

Bakıda avtobusun iştirakı ilə yol qəzası - Tıxac yaranıb (FOTO)

Hadisə Materials 6 Mart 2018 20:55 (UTC +04:00)
Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bakıda avtobusun iştirakı ilə yol qəzası - Tıxac yaranıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.

VAZ 2107 markalı avtomillə toqquşan nəqliyyat vasitəsi daha sonra 94 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa dəyib. Xətt üzrə daşıyıcının verdiyi məlumata görə, sərnişinlər arasında xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti