Bakı. Trend:
Martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
DİN-dən Trend-ə daxil olan məlumata görə, onun üzərində zorakılıq əlamətləri olan meyiti martın 5-də Ləkin kəndinin otlaq sahəsində tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.