...

Dələduzluqda təqsirləndirilən polis polkovniki: Buraxın gedim, borcumu qaytaracağam

Hadisə Materials 18 Aprel 2018 12:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Dələduzluqda təqsirləndirilən polis polkovniki: Buraxın gedim, borcumu qaytaracağam

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən "Caspian Fish" şirkətinin əməkdaşı Gülməmməd Muradov bildirib ki, F.Məmmədxanovu polisdə rəis olan vaxtı tanıyıb: "O vaxt müsadirə olan balıqları bizə təhvil verirdilər. Həmin vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün Fərhad mənə dedi ki, bir yaxşı dostu var, pul təklif edir. İş qurmaq üçün. Biz razılaşdıq. Biz də rayonda böyük ferma tikdik, işləri qurduq. Sonra bir gün Fərhad gəldi ki, Hacıya pul lazımdır, 50 min düzəldib verdim. Bir müddət keçdi, yenə Fərhad Hacıya pul lazım olduğunu deyib, 100 min tapıb verdim. Qohum-əqrabadan 2015-ci ildə 80 min dollar götürmüşəm".

Prosesdə çıxış edən təqsirləndirilən şəxs F.Məmmədxanov bildirib ki, 38 il dövlət orqanında çalışıb: "Eldarla dost olmuşam. Ailəli olmuşuq. Hacı adamdır, mən yenə də deyirəm, borcum var. Amma o qədər deyil, övladım ağır xəstədir. Buraxın gedim xəstə balamın yanına. Quran gətirin əl basım ki, borcumu verəcəyəm".

Daha sonra ifadə verən zərərçəkmiş Eldar Hənifəyev bildirib ki, təqsirləndirilən şəxs əvvəlcə borcu olduğunu inkar edib: "Əvvəlcədən borcu olduğunu desəydi, məsələ bu yerə çatmazdı. Onun 5-10 il içəridə yatması mənə heç nə vermir. Məhkəmədən vaxt istəyirəm. Vəkillərlə məsləhətləşim".

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulu mənimsəməkdə ttiham olunur. F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

F. Məmmədxanov Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti