Bakı. Trend:
Bakıda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 27 m2 olan 1 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.