Bakı. Trend:
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 64 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və əşyaları 44 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.