Bakı. Trend:
Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini əvvəllər xarici dövlətlərdə bir neçə dəfə məhkum olunmuş Teyub Tağıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.