...

Bakı və Gəncədə avtomobilləri qarət edənlər yaxalandı

Hadisə Materials 2 İyun 2018 12:36 (UTC +04:00)
Bakıda və Gəncədə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.
Bakı və Gəncədə avtomobilləri qarət edənlər yaxalandı

Bakı. Trend:

Bakıda və Gəncədə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonunun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb. Onun mayın 22-də şəhər ərazisində daha 2 avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti