...

Ceyranbatanda bağlardan oğurluq edənlər tutulub

Hadisə Materials 8 İyun 2018 12:23 (UTC +04:00)
DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən K.Balakişiyeva Ceyranbatan bağlar sahəsindəki evindən oğurluq edildiyini bildirib.
Ceyranbatanda bağlardan oğurluq edənlər tutulub

Bakı. Trend:

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən K.Balakişiyeva Ceyranbatan bağlar sahəsindəki evindən oğurluq edildiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və iyunun 3-dən 7-dək olan müddətdə evdən 50 metr elektrik naqili və məişət əşyalarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər də məhkum olunmuş Emil Hümbətzadənin digər cinayət əməllərinin də üstü açılıb. Onun Yaşıldərə bağlar sahəsində daha 9 evdən pul, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib.

E.Hümbətzadənin cinayət yolu ilə əldə etdiyi əşyaları şəhər ərazisindəki metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Maddi subutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti