Bakı. Trend:
İstanbulda Cevizlibağdakı fabrikdə yanğın baş verib.
Trend-in məlumatına görə, bütün fabrik binasını əhatə edən yanğını söndürmək üçün xeyli xilasetmə və yanğınsöndürmə maşınları cəlb olunub.
Xilasedicilər partlayış ehtimalının qarşısını almaq üçün müdaxilə prosedurlarını həyata keçiriblər.
Briqadalar artan yanğını söndürməkdə davam edir.