...

Buzovnada qaçırılmış avtomobildən silah-sursat tapıldı

Hadisə Materials 12 İyun 2018 12:29 (UTC +04:00)
İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Buzovnada qaçırılmış avtomobildən silah-sursat tapıldı

Bakı. Trend:

İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb.

Xəzər RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti