Bakı. Trend:
Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.
Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.