...

Şəkidə "Ford" yanıb

Hadisə Materials 19 İyun 2018 18:47 (UTC +04:00)
Şəki rayonunda avtomobil yanıb.
Şəkidə "Ford" yanıb

Bakı. Trend:

Şəki rayonunda avtomobil yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Qayabaşı kəndində "Ford" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 0,8 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti