...

Nəsimi və Suraxanıda avtomobillərdən oğurluq edənlər tutuldu

Hadisə Materials 23 İyun 2018 21:53 (UTC +04:00)
Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.
Nəsimi və Suraxanıda avtomobillərdən oğurluq edənlər tutuldu

Bakı. Samir Əli- Trend:

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti