...

Biləsuvarda qəza - 2 nəfər öldü

Hadisə Materials 6 İyul 2018 12:35 (UTC +04:00)
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Biləsuvarda qəza - 2 nəfər öldü

Bakı. Trend:

İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi “İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti