Bakı. Trend:
Astarada gecə saatlarında yanğın faktı qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonunun Sərək kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.