...

DİN Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 3 Avqust 2018 14:18 (UTC +04:00)
Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
DİN Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 3-də saat 2 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifov orada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti