...

Tovuzda evində yıxılan qadının vəziyyəti ağırdır

Hadisə Materials 9 Avqust 2018 20:02 (UTC +04:00)
Tovuz rayonunda qadın evində yıxılaraq xəsarət alıb.
Tovuzda evində yıxılan qadının vəziyyəti ağırdır

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda qadın evində yıxılaraq xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Hunanlar kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Quliyeva Zəminə Məhəmməd qızı yaşadığı evin həyətində ehtiyatsızlıqdan yıxılıb.

Hadisə nəticəsində qadının döş qəfəsi sınıb.

Yaralı təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadının vəziyyəti hazırda sabit-ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti