...

Abşeronda çay evindən oğurluq edən şəxslər tutulub

Hadisə Materials 4 Sentyabr 2018 14:36 (UTC +04:00)
Abşeron rayonu ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeronda çay evindən oğurluq edən şəxslər tutulub

Bakı. Trend:

Abşeronda çay evindən oğurluq edən şəxslər tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunmuş Tural Məhərrəmov saxlanılıblar.

Ətraflarında keçirilmiş tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti