...

Qaxda vurulan piyada 5 gün sonra xəstəxanada ölüb

Hadisə Materials 7 Sentyabr 2018 15:19 (UTC +04:00)
Qax rayonu ərazisində “VAZ-2106” markalı avtomobillə rayon sakini A.İsayeva vurulub
Qaxda vurulan piyada 5 gün sonra xəstəxanada ölüb

Bakı. Samir Əli - Trend:

Qaxda yolu keçən piyadanı avtomobil vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 31-də saat 18 radələrində Qax rayonunun Qorağan kəndi ərazisində Rasim Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən rayon sakini Adilə İsayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 6-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti