...

Salyan sakinindən silah və narkotik vasitələr götürülüb

Hadisə Materials 18 Sentyabr 2018 13:31 (UTC +04:00)
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Salyan sakinindən silah və narkotik vasitələr götürülüb

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və silah üçün nəzərdə tutulan 2 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti