...

Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 28 Sentyabr 2018 09:51 (UTC +04:00)
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sentyabrın 26-da Balakən RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Mahamalar kənd sakini Zaur Mamedov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 1kq 760 qr qurudulmuş marixuana, bundan başqa rayonun Tülü kəndindəki kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çəkisi 20 kq olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti