...

Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi

Hadisə Materials 18 Oktyabr 2018 15:45 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Arvadını qətlə yetirən şəxsə 10 il 6 ay cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Alıyev 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Binəqədi rayonu ərazisində yaşayan M.Alıyev həyat yoldaşı Mehriban Alıyevanı qısqanclıq zəminində qətlə yetirib.

M.Əliyev polisə könüllü təslim olub.

M.Əlıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti