...

Binəqədidə kafe yanıb

Hadisə Materials 26 Noyabr 2018 17:38 (UTC +04:00)
Kafenin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Binəqədidə kafe yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda hazırda fəaliyyət göstərməyən kafe yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli kafenin mətbəxinin, dəhlizinin yanar konstruksiyalar və ondulindən ibarət dam örtüyü 30 kv.m sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti