Bakı. Trend:
Gədəbəydə mağazadan 2 min manat oğurlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 2000 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Arıqdam kənd sakini Aydın Şükürov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.