Bakı. Trend:
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 1400 manat və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Ətrafında keçirilmiş tədbirlərlə onun dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.