...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr və tütün məmulatları aşkar edilib

Hadisə Materials 19 Dekabr 2018 11:24 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr və tütün məmulatları aşkar edilib

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd "Mega Piratka" adlı pirotexniki vasitə və 2800 ədəd "Corset" adlı tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti