...

Cəlilabadda qadın alverçisi tutulub

Hadisə Materials 28 Yanvar 2019 10:51 (UTC +04:00)

Bakı. Trend:

Qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyan qadın tutulub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti