...

Bakı sakinini döyən 3 nəfər saxlanılıb

Hadisə Materials 28 Yanvar 2019 11:28 (UTC +04:00)
Bakı sakinini döyən 3 nəfər saxlanılıb
Bakı sakinini döyən 3 nəfər saxlanılıb

Bakı. Trend:

Bakı sakinini döyən 3 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 25-də saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti