...

Bakıda avtobus piyadanı vurub öldürdü

Hadisə Materials 9 Fevral 2019 19:37 (UTC +04:00)

Bakı. Trend:

Bakıda “İveco” markalı xətt avtobusu ilə Şamaxı rayon sakini vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, fevralın 8-də saat 8 radələrində Nəsimi rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakini Elxan Məmmədov idarə etdiyi “İveco” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Mehriban Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti