...

Samuxda orta məktəbdə tüstülənmə olub

Hadisə Materials 1 Mart 2019 13:01 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux rayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb.

Yanğın hadisəsi olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti