Bakı. Trend:
Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.
Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub.
Faktla bağlı araşdırmalara başlanıb.