...

Bakıda polis soyğunçuluq etmiş şəxsi saxlayıb

Hadisə Materials 30 Mart 2019 11:26 (UTC +04:00)
Bakıda əcnəbi vətəndaşı soymuş Yevlax rayon sakini saxlanılıb.
Bakıda polis soyğunçuluq etmiş şəxsi saxlayıb

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaşı soymuş Yevlax rayon sakini saxlanılıb. Hadisə ilə bağlı DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti