...

Gürcüstandan Azərbaycana gələn Türkmənistan vətəndaşı maşında dəm qazından ölüb

Hadisə Materials 3 Aprel 2019 10:56 (UTC +04:00)
Bakıda Türkmənistan vətəndaşı dəm qazından ölüb.
Gürcüstandan Azərbaycana gələn Türkmənistan vətəndaşı maşında dəm qazından ölüb

Bakı. Samir Əli - Trend:

Bakıda Türkmənistan vətəndaşı dəm qazından ölüb.

Trend-in məlumatına görə, hadisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verib.

Belə ki, aprelin 2-də Türkmənistan vətəndaşı, 1963-cü il təvəllüdlü Alimov Yuzbek Selimoviç idarə etdiyi yük avtomobili ilə Türkmənistana getmək üçün Gürcüstandan Azərbaycana keçərək gətirdiyi yükü Türkmənistana aparmaq üçün limana gəlib.

Limanda növbəsini gözləyən Y.Alimov avtomobilinin kabinəsinə keçərək orada qaz balonunu yandırıb. Bir müddətdən sonra Y.Alimovun növbəsi çatsa da, o, avtomobili hərəkətə gətirməyib. Liman mühafizəçiləri yük avtomobilinin şüşəsini sındıraraq avtomobilin kabinəsinin yataq yerində Y. Alimovu ölmüş vəziyyətdə aşkarlayıb. Məlum olub ki, Y.Alimov kabinədə yanmış vəziyyətdə qoyduğu qaz balonundan yayılan dəm qazından zəhərlənib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti