...

Marmarisi zəlzələ silkələdi - Sakinlər təşvişə düşdü

Hadisə Materials 21 May 2019 10:22 (UTC +04:00)
Türkiyənin Marmaris vilayətinin Soma şəhərində zəlzələ olub.
Marmarisi zəlzələ silkələdi - Sakinlər təşvişə düşdü

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Marmaris vilayətinin Soma şəhərində zəlzələ olub. Trend-in məlumatına görə, yeraltı təkanlar 3,8 bal gücündə yerin 7 km dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilmir. Bununla belə, zəlzələnin sakinlər arasıdan təşviş yaratdığı bildirilir.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən aktiv ərazidə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti